Digər əsgərin isə bir gözü amputasiya olunub
Cəbhə bölgəsindəki atışmada yaralanan üç Azərbaycan əsgəri müalicə üçün dünən Türkiyəyə göndərilib.
Bu barədə məlumat yayan “Anadolu” xəbər agentliyi bildirir ki, əsgərlərdən Ədalət Məmmədov Ankara Eğitim ve Araştırma Hastanesi-nə, Elvin Əsgərov və Sərxan Tahirzadə Atatürk Eğitim ve Araştırma Hastanesi-nə yerləşdirilib.
Səhiyyə Nazirliyi Təcili Tibbi xidmətin baş direktoru Osman Arıkan Nacar əsgərlərdən birinin həyati təhlükəsinin sovuşmadığı, digərlərininsə durumunun normal olduğunu deyib.
Osman Arıkan Nacar vəziyyəti pis olan əsgər 19 yaşlı Sərxan Tahirzadə iki ayağını itirdiyini, digər iki əsgərin qarın içi yaralanmasının olduğunu bildirib. Nacar vəziyyəti pis olan xəstənin bir gözünün amputasiya edildiyini söyləyib.