Türkiyənin yeni baş naziri məlum oldu

45 dəqiqə davam edən iclasda nəqliyyat, rabitə, dənizçilik naziri Binali Yıldırımın namizədliyi razılaşdırılıb

Source:
Binali Yıldırım
Binali Yıldırım


45 dəqiqə davam edən iclasda nəqliyyat, rabitə, dənizçilik naziri Binali Yıldırımın namizədliyi razılaşdırılıb

Türkiyədə hakim partiyanın lideri və baş nazir kreslosuna əyləşəcək şəxsin adı bəlli olub.

“Hürriyet” qəzetinin məlumatına görə, mayın 19-da Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının toplantısı keçirilib.

Toplantıda partiyanın lideri vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılıb. 45 dəqiqə davam edən iclasda nəqliyyat, rabitə, dənizçilik naziri Binali Yıldırımın namizədliyi razılaşdırılıb. B. Yıldırım AKP-nin mayın 22-də keçiriləcək fövqəladə qurultayında AKP-nin sədri seçiləcək və baş nazir olacaq.

B. Yıldırım 1955-ci ildə Türkiyənin Ərzincan vilayətində dünyaya gəlib. İstanbul Texniki Universitetini bitirib. İsveçdə Beynəlxalq Dənizçilik Təşkilatına aid Dünya Dənizçilik Universitetində ixtisasartırma kursu keçib. 1994-2000-ci illərdə İstanbul Bələdiyyəsinin Dəniz Avtobusları İdarəsinin baş direktoru vəzifəsində çalışıb. Siyasətə qoşularaq AKP sıralarından millət vəkili seçilib və 58-ci, 59-cu, 60-cı hökumətlərdə nazir vəzifəsində çalışıb. Evlidir, 3 övladı var. İngilis və fransız dillərini bilir.



APA

Ana səhifəXəbərlərTürkiyənin yeni baş naziri məlum oldu