Türkiyənin tanınmış müğənnisi yerimə qabiliyyətini itirib

”Həkimin həyəcanı səbəbindən təkərli arabaya möhtacam”

Source:


”Həkimin həyəcanı səbəbindən təkərli arabaya möhtacam”

Türkiyənin tanınmış müğənnisi Zərrin Özər yerimə qabiliyyətini itirib.

Bu haqda

Türkiyə KİV-i

məlumat yayıb.

Məlumata görə, o, son zamanlar ard-arda belindəki onurğa yırtığından cərrahiyyə əməliyyatı edilib. Ancaq bu əməliyyatlar nəticəsində Zərrin Özər yerimə qabiliyyətini itirib.

“Əməliyyatı edən həkim mənə belə dedi: “Zərrin xanım, mən bu işi bacarmadım. Nüfuzunuzdan, həyəcanladım”. Bu kimi cümlələr qurdu. Belə iş olarmı heç?! Həkimin həyəcanı səbəbindən təkərli arabaya möhtacam”, – Zərrin Özər bildirib.

Zərrin Özər bildirib ki, üçüncü əməliyyatında onurğasına altı platin  yerləşdiriblər və 3 aydır inanılmaz ağrılar yaşayıram: “Hazırda bacım məni müalicə edir. İnşaallah yeriyəcəm”

Müğəninin əməliyyat sonrası əlini də sındırdığı məlum olub. Səbəb əməliyyatdan sonra yerimək istəyərkən yıxılmasıdır.

Ana səhifəXəbərlərTürkiyənin tanınmış müğənnisi yerimə qabiliyyətini itirib