Hayri Demir: “Türkiyənin hava hücumları vaxtı PKK-nı hədəfə almaq əvəzinə daha mürəkkəb plan həyata keçirilir”
Yezidi fəalları və yardım təşkilatları Türkiyənin İraqın şimalındakı hərbi hava hücumunu tənqid edərək, azlığın bölgədə məskunlaşması üçün təhlükə yaratdığını deyib, – Ahval xəbər verir.
Azlıq icmanın aparıcı üzvlərinin sözlərinə görə, bazar günü gecə Sinjar bölgəsinə edilmiş Türkiyə hava zərbələri çox sayda yezidi ailəsinin evlərinə qayıtmasına mane ola bilər.
Bazar günü Türkiyə hərbçiləri İraqın şimalındakı Mahmur və Sinjar bölgələrində 40 ildir Türkiyədə kürd siyasi muxtariyyəti uğrunda mübarizə aparan silahlı birləşmə Kürdüstan İşçi Partiyasının (PKK) hərbi mövqelərini hədəf alaraq hava əməliyyatı başladıb.
Hücum İraq Miqrasiya Nazirliyinin Duhok əyalətinin şimalındakı kamplardan 200-dən çox yezidinin Sinjara qayıtmalarını elan etməsindən bir gün sonra baş verib.
“150-dən çox yezidi ailəsi evlərinə qayıdıb,”- Yezidi fəalı və Nobel mükafatı laureatı Nadia Murad bazar günü “Twitter” hesabında deyib.
“İraq hökuməti və beynəlxalq ictimaiyyət Sinjarda təhlükəsizlik problemlərinin həllində hansı cəsarət və siyasi iradə tətbiq edəcək?” – o əlavə edib.
Azad Yezidi Vəqfinin (FYF) qurucusu və icraçı direktoru Pari İbrahim Kürdüstan 24-ə verdiyi açıqlamada Türkiyənin hücumlarını tənqid edərək bölgənin sabitliyinə zərər vurduğunu söyləyib.
“Türkiyənin hava hücumları vaxtı PKK-nı hədəfə almaq əvəzinə daha mürəkkəb plan həyata keçirilir”, – “Kürdüstan 24”-ə açıqlamasında “EzidiPress”-in baş redaktoru Hayri Demir məlumat verib.
Türkiyə müntəzəm olaraq həm kürdlərin əksəriyyətinin məskunlaşdığı ölkənin cənub-şərq bölgələrində, həm də İraqın şimalında PKK döyüşçülərini hədəf alır.
ABŞ-ın Beynəlxalq Dini Etiqad Komissiyası sədrinin müavini Nadine Maenza “Kürdüstan 24”-ə verdiyi açıqlamada Türkiyənin hücumunun “başqalarının da geri qayıtmasına mane olacağını” deyib
Bölgədə yaşayan qədim yezidi dini azlığı 2014-cü ildə vətənlərini ələ keçirən İslam Dövlətinin əlində soyqırım ilə üzləşib. Cihadçıların 2017-ci ildə İraq və kürd qüvvələri tərəfindən qovulmasından sonra onlar evlərinə qayıda bilirlər.