Türkiyənin Rusiyadakı səfirliyinə hücum olub

Polislər binanı mühasirəyə alaraq etirazçıları ərazidən uzaqlaşdırıblar

Source:


Polislər binanı mühasirəyə alaraq etirazçıları ərazidən uzaqlaşdırıblar

Türkiyə Cümhuriyyətinin Rusiya paytaxtındakı səfirliyi hücuma məruz qalıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün etirazçı kütlə Türkiyənin Rusiyadakı səfirliyinin binasına daş və kartof atıb. Binanın şüşələri sındırılıb, divarları rənglə boyanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Polislər binanı mühasirəyə alaraq etirazçıları ərazidən uzaqlaşdırıblar.

Ana səhifəXəbərlərTürkiyənin Rusiyadakı səfirliyinə hücum olub