Türkiyənin müdafiə naziri Bakı gəlib

Foto: “mod.gov.az”

Səfər çərçivəsində iki ölkə arasındakı hərbi əməkdaşlığın müzakirə olunacağı bildirilir

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda səfərdədir.

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, o, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tərəfindən Heydər Əliyev adına Beynəlxalq Aeroportda qarşılanıb.

Səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

Yaşar Gülər iyunun əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən nazir vəzifəsinə təyin olunub. Ondan əvvəl bu işi Hulusi Akar icra edib.

Ana səhifəXəbərlərTürkiyənin müdafiə naziri Bakı gəlib