Türkiyənin cari əməliyyatlar hesabı yenə kəsirdə qalıb

Türkiyə Mərkızi Bankı. Mənbə: “aa.com.tr”

Səbəb dünyadakı enerji qiymətlərindəki qlobal artımdır

Türkiyənin cari əməliyyatlar hesabı ardıcıl olaraq 10-cu aydır ki, kəsirdə qalıb.

Bildirilir ki, səbəb dünyadakı enerji qiymətlərindəki qlobal artımdır. Həmçinin bunun ölkənin ticarət balansına zərbə vurduğu bildirilir.

“Bloomberg” yazır ki, bu ilin ilk səkkiz ayı üçün kəsir 39,7 milyard dollara çatıb.

Türkiyə Mərkəzi Bankının məlumatına görə, ötən ilin avqustunda 1,1 milyard dollarlıq profisit olub. Bu, 2022-ci ildə 3,1 milyard dollara çatıb.

Türkiyənin turizm gəlirləri 5,1 milyard dollar olub. Xidmətlər isə 7,2 milyard dollarlıq müsbət saldo verib.

Digər bir məlumata görə, Türkiyəyə avqustda illik 58 faiz çox xarici turist axını olub.

Ölkənin ehtiyatları 10,8 milyard dollara yüksəlib.

Portfel investisiyalarına gəlincə, 812 milyon ABŞ dolları məbləğində daxilolma qeydə alıb.

Əmtəə ticarətində kəsir 9,7 milyard dollar olub.

Oktyabrın 20-də ölkənin mərkəzi bankı növbəti faiz təyinatlı iclas keçirəcək. Bundan bir həftə sonra isə ölkənin 2022-ci il üçün yekun inflyasiya hesabatı dərc ediləcək.

Türkiyənin sentyabrda dərc olunan ortamüddətli proqramına görə, Rusiyanın fevralda Ukraynaya hərbi müdaxiləsindən sonra ölkədə enerji qiymətlərində artım olub. Bu da xarici ticarət kəsirinin bu il 105 milyard dollara çatacağını deməyə əsas verir.

Türkiyənin cari əməliyyatlar hesabının kəsiri may ayında isə 6,47 milyard dollar təşkil edib.

İyunda açıqlanan rəsmi məlumatlara görə, Türkiyədə inflyasiya 80 faizə çatıb.

Bu, son 24 ilin ən yüksək göstəricisi hesab edilir.

Türkiyənin Statistika İdarəsi açıqlayıb ki, illik qiymətlər iyunda 73.5 faizdən 78.6 faizədək qalxıb.

Müstəqil ekspertlər əslində rəsmi rəqəmlərin doğru olmadığını, real inflyasiya faizinin açıqlanandan azı 2 dəfə çox olduğunu düşünürlər.

Dünya Bankının 2022-ci ilin iyununda açıqladığı proqnozunda qeyd edilib ki, Ukrayna, Polşa, Rusiya, Türkiyə və ətraf ölkələri əhatə edən region üçün ÜDM 2,9 faiz azala bilər.

Bank Türkiyə iqtisadiyyatının 2022-ci ildə 4,7 faiz böyüyəcəyini proqnozlaşdırıb.

İyunda isə bank bu böyüməni 2,3 faiz olacağını açıqlamışdı.

2023-cü ilə gəlincə, Dünya Bankının hesabatına görə, gələn il Türkiyə iqtisadiyyatının 2,7 faiz böyüməsi gözlənilir.

Ana səhifəDünyaTürkiyənin cari əməliyyatlar hesabı yenə kəsirdə qalıb