Türkiyənin baş naziri Azərbaycana təşəkkür etdi

”Qeyri-rəsmi əlaqələr uzun müddət davam edib və bunda Azərbaycan və Qazaxıstandakı dostlarımızın böyük rolu var”

Source:
Binali Yıldırım
Binali Yıldırım


”Qeyri-rəsmi əlaqələr uzun müddət davam edib və bunda Azərbaycan və Qazaxıstandakı dostlarımızın böyük rolu var”

Türkiyə baş naziri Binali Yıldırım Azərbaycana və Qazaxıstana Ankara və Moskva arasında barışıq işində vasitəçiliyə görə təşəkkür edib.

Habertürk agentliyinin yaydığı məlumata görə, bu barədə Yıldırım bu gün hakim partiya üzvləri qarşısında çıxış edərkən bildirib.

“Qeyri-rəsmi əlaqələr uzun müddət davam edib və bunda Azərbaycan və Qazaxıstandakı dostlarımızın böyük rolu var”, deyə o qeyd edib.

Daha sonra nazir qeyd edib ki, Ankara vurulmuş təyyarəyə görə kompensasiya ödəməyə hazır olduğunu bildirməyib. “Biz sadəcə üzr istəmişik”, deyə o qeyd edib.

Ana səhifəXəbərlərTürkiyənin baş naziri Azərbaycana təşəkkür etdi