***
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 8 nəfər ölüb.
Bu barədə baş nazir Binəli Yıldırım jurnalistlərə bildirib. Baş nazir ölənlərdən 2 nəfərin polis, 6 nəfərin mülki şəxs olduğunu deyib. Onun sözlərinə görə, 100-dən çox insan yaralanıb.
***
Partlayış kürdlərin Xalq Demokratik Partiyasından (HDP) olan 11 deputatın həbsindən bir neçə saat sonra baş verib
Noyabrın 4-ü səhər saatlarında Türkiyənin Diyarbəkir şəhərində partlayış olub. Bir nəfərin öldüyü, 30-a qədər adamın yaralandığı deyilir.
Hadisə yerinə çoxlu ambulans göndərilib.
“Hürriyet” qəzeti yazır ki, Diyarbəkir rəsmiləri polis məntəqəsi yaxınlığında bir avtomobilin partladığını deyir, partlayışın arxasında kürd terrorçularının dayandığını güman edirlər.
“Al Jazeera”nin müxbiri isə bir neçə yaşayış binasına ciddi zərər dəydiyini, ölənlərin sayının artacağını gözlədiklərini deyir.
Diyarbəkir Türkiyədə əsasən kürdlərin yaşadığı cənub-şərq bölgəsinin mərkəzi sayılır. Partlayış kürdlərin Xalq Demokratik Partiyasından (HDP) olan 11 deputatın həbsindən bir neçə saat sonra baş verib.