Türkiyədə törədilən terror aktında 27 nəfər ölüb

Terror aktının mərkəzdəki gənclərin içərisinə daxil olmuş İŞİD tərəfdarı 18 yaşlı qadın kamikadze tərəfindən törədildiyi ehtimal olunur

Source:


Terror aktının mərkəzdəki gənclərin içərisinə daxil olmuş İŞİD tərəfdarı 18 yaşlı qadın kamikadze tərəfindən törədildiyi ehtimal olunur

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.

Trend “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb.

“TRT Haber” telekanalının hadisə ilə bağlı verdiyi son məlumata görə isə, terror aktında 27 nəfər ölüb.

Hadisənin baş vermə səbəbləri ilə bağlı hələlik rəsmi qurumlar açıqlama verməyib. İlkin versiyalara görə, partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.

“Hürriyyət” qəzetinin yazdığına görə, hadisə yerində olan rəsmi qurumların nümayəndələri açıqlayıb ki, terror aktının mərkəzdəki gənclərin içərisinə daxil olmuş İŞİD tərəfdarı 18 yaşlı qadın kamikadze tərəfindən törədildiyi ehtimal olunur.

Ana səhifəXəbərlərTürkiyədə törədilən terror aktında 27 nəfər ölüb