Türkiyədə tələbə yataqxanası yandı, 12 nəfər öldü

Türkiyənin Adana şəhərinin Aladağ qəsəbəsində 3 mərtəbəli özəl tələbə yataqxanasında yanğın baş verib

Source:
Foto: Anadolu agentliyi
Foto: Anadolu agentliyi

Türkiyənin Adana şəhərinin Aladağ qəsəbəsində 3 mərtəbəli özəl tələbə yataqxanasında yanğın baş verib.

“Anadolu” agentliyinin məlumatına görə, yataqxananın sonuncu mərtəbəsində axtarışlar zamanı 12 nəfərin cəsədi tapılıb. 22 yaralı isə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Adananın valisi Mahmud Dəmirdaş jurnalistlərə açıqlamasında bildirib: “Yanğında 12 vətəndaşımızı itirdik, 22 vətəndaşımız da yaralıdır. İlk araşdırmaların nəticəsinə görə, yanğının elektrik naqillərinin qısaqapanmasından baş verdiyi təxmin olunur. Yaralıların vəziyyətləri kafidir. Ağır yaralı yoxdur. Bəziləri isə pəncərədən özlərini atıb, sağ qalıblar”.

Türkiyə prezidenti Ərdoğan və baş nazir Binəli İldırım baş verən ağır hadisəni diqqətdə saxlayırlar, vəfat edənlərin yaxınlarına başsağlığı veriblər.

Ana səhifəXəbərlərTürkiyədə tələbə yataqxanası yandı, 12 nəfər öldü