Türkiyə Böyük Millət Məclisi

Mənbə: Foto: arxiv

Başlıq: Türkiyə Böyük Millət Məclisi

Türkiyədə “təcavüzkarınla evlən” qanun layihəsi parlamentə təqdim ediləcək

Bənzər qanun layihəsi 2016-cı ildə Türkiyədə milli və qlobal qınaqlardan sonra məğlubiyyətə uğramışdı

18 yaşdan kiçik qızlarla cinsi əlaqədə olmaqda günahlandırılan kişilərin qurbanlaryla evləndikləri təqdirdə cəzadan yayınmalarına imkan verən qanun layihəsi Türkiyə parlamentinə təqdim ediləcək, - “İndependent” xəbər verir.

Qanunvericilərin yanvar ayının sonunda Türkiyə parlamentinə təqdim etməyi planlaşdırdığı mübahisəli “təcavüzkarınla evlən” qanun layihəsi ölkədə qadın hüquqları təşəbbüsçüləri arasında hiddətə səbəb olub.

Müxalif Xalqların Demokratik Partiyası (HDP) hökuməti qanun layihəsini durdurmağa çağırır. Tənqidçilər deyir ki, qanun layihəsi uşaq evliliyini və təcavüzü qanuniləşdirməyə yol açaraq həm də uşaqlara qarşı zorakılıq və cinsi istismarı tətikləyə bilər.

Bənzər qanun layihəsi 2016-cı ildə Türkiyədə milli və qlobal qınaqlardan sonra məğlubiyyətə uğramışdı. Qanunvericilik yalnız kişiləri “güc və ya təhdid” olmadan cinsi əlaqədə olduqları təqdirdə əfv edə bilirdi.

Birləşmiş Millətlər Təşkilatı qanun layihəsinin uşaqlara qarşı zorakılıq zamanı cəzasızlıq ortamı yaradacağı və qurbanları əlavə təcavüz və əziyyətə həssas buraxacağı ilə bağlı xəbərdarlıq edib.

“Təcavüzkarınla evlən” qanun layihəsi ailənin “şərəfini” qorumaq adına təsis edildiyi bildirilir.

Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda Bərabərlik qeyri-hökumət təşkilatının qadın təşəbbüsçü Suad Abu-Dayyeh deyib ki, siyasətçilərin “uşaq cinsi istismarının günahkarlarına cəzasızlıq təmin edən” qanun layihəsini parlamentdən keçirmək istəməsi cəhdi təəccüb doğurur.

"İndependent" media platformasına Abu-Dayyeh deyib: “Mən Türkiyədəki bu ayrı-seçkiliklə xarakterizə edilən qanuna qarşı çıxan və qızları müdafiə edən qanunu aradan qaldırmaq istəyən reqressiv qüvvələrlə mübarizə aparan qadın hüquq müdafiəçilərinin cəsarətini alqışlayıram. Eyni təzavüzkarınla evlən qanun layihəsi müddəaları bir sıra Orta Şərq və Şimali Afrika ölkələrinin nizamnamə kitablarında qeydə alınıb”.

"Qadın hüquqları fəallarının və millət vəkillərinin illərdir apardığı təbliğatlar sayəsində Misir, İordaniya, Livan, Mərakeş, Tunis və Fələstin son illərdə bu boşluqları aradan qaldırıb. Qadın hüquqlarına və müdafiəsinə zərər verən qanunvericilik tətbiq etməyə cəhd etmək əvəzinə türk millət vəkilləri cinsi ayrı-seçkilik haqqında qanunların ləğv edilməsində irəliləyişlərə nail olmalıdırlar".

Türkiyədə qanuni razılıq yaşı 18 olsa da, 2018-ci ildə hökumətin uşaq evliliyi ilə bağlı hesabatında qeyd edilir ki, son on ildə 482,908 qız evləndirilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/abh9ef

Ən çox baxılan