Koalision hökumət qaçılmaz hala gəldi
Türkiyədə 7 iyun parlament seçkiləri başa çatıb. 20 partiyanın, 166 müstəqil namizədin qatıldığı seçkilərdə 45 milyondan çox seçici 174 236 seçki məntəqəsində səs verib. Xarici ölkələrdə 2 866 979 seçicidən 931 465-u səsvermədə iştirak edib.
Türkiyə
mətbuatı
məlumat yayıb ki, sayılan səslərin 99,87 faizinin nəticəsinə görə, hakim partiya Ədalət və İnkişaf Partiyası (AKP) 40,79, Cühmuriyyət Xalq Partiyası (CXP) 25,05, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,37, Xalqların Demokratik Partiyası (XDP) 12,99 faiz səs toplayıblar.

Son nəticələrə görə, AKP-258, CXP-132, MHP 82, XDP-78 deputatla təmsil olunacaq
Bununla da hakim partiya parlamentdə 276 millət vəkili limitinə çatmadığı üçün təkbaşına hökumət qurmaq şansını itirib.
Mövcud vəziyyəti öz Facebook səhifəsində şərh edən hüquqşünas Ələsgər Məmmədli yazıb ki, 7 iyun seçkilərilə Türkiyə siyasi səhnəsi daha qaynar mərhələyə qədəm qoyur.
O, AKP-nin səs itkisini belə izah edir: “Əsas səbəbindən biri, AKP-nin lider dəyişimi və Davudoğlunun harizmatik bir lider olmamasıdır. İkinci önəmli səbəb AKP-də 3-cü dönəm yasağının qüvvəyə girməsi və partiyanın ağır toplarının kənarda qalmasıdır. Buna görə də partiya təşkilatı yaxşı işləmədi və seçkidə iştirak 80 faizi keçmədi. 3-cü ciddi səbəb, Türkiyənin parlamentar sistemi dəyişməyə dönük Ərdoğanın təşəbbüsləri və gedərək avtoritarlaşmasıdır. Xalq Başqanlık sisteminə keçid istəyinə yaşıl işıq yandırmadı. 4-cü səbəb, Atatürkün Partiyası olan CHP-nin səsələrinin kürd terroristlərinin partiyasına gedib, onları 10 faizlik seçki baryerindən qurtarması və parlamentə gətirilməsidir. Bunun nəticəsidir ki, ana müxalifət partiyası olmağına baxmayaraq, CHP 2011-ci ildə olan son seçkilərdəki səslərini 1 faizdən çox itirib. Bu səslər də HDP-yə gedib. AKP-də kürd açılımına müsbət baxmayan milliyyətçi kəsimin təxminən 4 faizlik qısmi səslərini MHP-yə verib və MHP səslərini artırıb”.
Hüquqşünas seçimdən çıxan ilk nəticəni bir neçə hissəyə bölüb: “Birinci, əgər bir hökumət qurulacaqsa, bu, koalisiya hökuməti olacaq.
İkinci, AKP-nin iki variantlı hökumət qurmaq şansı var, AKP-MHP, AKP-XDP. AKP-MHP hökumətinin qurulması demək, Kürd açılımının tarixin arxivinə keçməsi olacaq. Bu başqa nəticələrə, problemlərə aparacaq. Xüsusilə terrorun yenidən xortlaması kimi. AKP-XDP koalisiyasının qurulması, AKP-nin yaxın vaxtlarda daha ciddi əriməyə getməsinə səbəb olacaq və çox qısa müddətdə erkən seçkini gündəmə gətirəcək.
Üçüncü, AKP-XDP koalisiyasının bir bazarlıqla qurula bilmə ehtimalı da rəfə qaldırıldı. AKP və XDP-nin birlikdə sayı, Konstitusiyanı dəyişməyə yetmir. Beləliklə, kürd muxtariyyatına qarşı, Başkanlık sistemi bazarlığı baş tutmayacaq. Dördüncü, üfiqdə bir erkən seçim olacaq. Xalqdan 50 faizdən çox səs alan cumhurbaşkanı Ərdoğan və gücsüz bir hökumət. Bu da müəyyən problemlər yaradacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, 7 iyun seçkiləri ilə Türkiyədə koalision hökumət qaçılmaz hala gəldi: “Əlbəttə, formalaşacaq koalisyon hökumətin daxili və xarici siyasətdə uğur qazanmaq şansı yüksək deyil, ancaq başqa alternativ də qalmayıb, növbədənkənar parlament seçkisi çıxış yolu deyil. Belə olan halda parlamentə keçən 4 partiyadan ikisi arasında ittifaq yaradılmalıdır. Şəxsən mən AKP-MHP koalisiyasına üstünlük verirəm. Doğrudur, Ərdoğan-Davudoğlu ikilisi və Baxçalı bir-birlərinə demədikləri söz qalmadı. Ancaq bu seçki kampaniyası idi, indi isə gündəmdə ölkənin taleyidir və məsuliyyətli olmaq gərəkir. MHP dövlətçilik və millətçilik adına məsuliyyətli partiyadır, parlamentdə təmsil olunan Xalqların Demokratik Partiyasının hakim koalisyonda yer almasını istəməz. Çünki əks halda kürd radikalizmi Türkiyə tarixində ilk dəfə idaerəetmədə yer alacaq. Bunun qarşısının alınmasının iki yolu var: ya AKP-MHP koalisiyası qurulur, ya da MHP məsuliyyəti AKP ilə bölüşmək istəməsə də, səsləri ilə kənardan AKP-nin hökumət formalaşdırmasına yaşıl işıq yandırır. İkinci variant MHP-yə imkan verəcək ki, AKP-nin siyasətini nəzarətdə saxlasın”.