***
Son
məlumat
a görə, ölənlərin sayı 24 nəfərə çatıb.
***
Ölən və yaralananların artacağı ehtimal edilir
İyulun 8-də axşam saatlarında Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb. Türkiyə mediasının
məlumatına
görə, hadisə Tekirdağ əyalətində baş verib.
Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın beş vaqonu relsdən çıxaraq aşıb.
Qəza zamanı qatarda 360-dan artıq sərnişinin olduğu bildirilir. Məlumata görə, onlardan 10 nəfər ölüb, 73 nəfər xəsarət alıb. Ölü və yaralı sayının arta biləcəyi istisna olunmur.
Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar. Sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir. Qatarın altı vaqonunun relsdən çıxmasına səbəb kimi leysan yağışlar nəticəsində baş verən torpaq sürüşməsi göstərilir.
Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi qəzanın həddindən artıq yağışın yağması səbəbindən barmaqlıqlarla rels arasındakı torpağın boşalması nəticəsində baş verdiyini bildirib.
Nazirliyin yaydığı məlumatda deyilir ki, Uzunköprü-Halkalı marşrutu ilə hərəkət edən 6 vaqon, 362 sərnişin və 6 heyətlə yola çıxan 12703 saylı qatar Balabanlı-Çorlu arasında 162-ci kilometrdə yerli vaxtla saat 17.00-da sırada olan 5 vaqonun relsdən çıxaraq aşması nəticəsində qəzaya uğrayıb.