Türkiyədə qadınlar qazan və tavalarla ölkədəki qiymət artımına etiraz edib. İstanbulda keçirilən aksiyada iştirakçılar qidadan benzinə, elektrikdən təbii qaza qədər bir çox istehlak malının artmasına etiraz edib. Türkiyədə ötən ay artan elektrik enerjisi və təbii qazın qiymətləri bir çox dairələrin tənqidinə səbəb oub.