Türkiyədə ordu dövlət idarəçiliyini ələ keçirdiyini bəyan etdi (Yenilənir)

“Demokratiyanı qeyri-qanuni yolla əngəlləməyə çalışan hər şeyin qarşısını alacağıq”

Source:



Ankara Gölbaşı bölgəsində 17 polis ölüb

Anadaolu xəbər agentliyi xəbər verir ki, Ankarada polislə hərbçilərin qarşıdurmasında ən azı 17 polis dünyasını dəyişib.



***



Kılıçdaroğlu: Demokratiyamıza sahib çıxmalıyıq


“Bu ölkə əsgəri zərbədən çox ağır zərərlər görüb. Eyni çətinliklərin yenidən yaşanmasını istəmirik. Cümhuriyyətə və demokratiyaya sahib çıxırıq, inancımızı əksiksiz şəkildə qoruyuruq. Hər kəs bilməlidir ki, Cümhuriyyət Xalq Pariyası, Parlamentar demokratiyanın əsası olan vətəndaşların azad iradəsinə sadiqdir”.



***



Türkiyədə xalq ordu ilə üz-üzə gəlib



***



Erdoğan mətbuata ilk açıqlamasını tətil etdiyi villanın qarşısında edib:

Mən prezidentəm, həm də Ali Baş Komandanam. Mənim xəbərim olmadan belə addım atanlar hakim qarşısında cavabını verəcək.


Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi çevriliş iddialarına münasibət bildirərkən deyib. CNN Türk kanalına açıqlama verən prezident Baş Qərargah rəisinin girov götürülməsinə də münasibət bildirib:


“Mən də bütün xəbərləri izlədim, amma bilmək olmur bunlar nə dərəcədə doğrudur. Belə məqamlarda hava çox bulanıq olur və havanı belə bulandıranlar çox ağır şəkildə cəzalandırılacaqlar.

Bunun əvəzini hakim qarşısında çox ağır şəkildə ödəyəcəklər”.


Ölkə başçısı onu da vurğulayıb ki, Ankaraya gəlməyə hazırlaşır.


***



Türkiyənin dövlət televiziyası TRT kanalı ordu tərəfindən ələ keçirilib. Hal-hazırda ordu bəyanatını oxuyur.



***

Ordu Taksim meydanına girdi
Ordu Taksim meydanına girdi



12:35


Türkiyə Silahlı Qüvvələri hakimiyyətin ələ keçirildiyi barədə rəsmi saytında məlumat yayıb. Yerli media TSK-nın sadəcə elektron məlumat yaydığını və ətraflı informasiya verilmədiyini bildirir.

Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında bildirilir ki, Konstitusiyanın bərpası, demokratiya, insan haqlarının təkrar təmin edilməsi və təsis edilməsi, ölkədə hüququn üstünlüyünün yenidən hakim mövqeyə gəlməsinin, pozulmuş qaydaların təkrar bərpa edilməsi məqsədi ilə ölkə idarəçiliyi ələ keçirilmişdir. Bütün dünya ölkələri ilə münasibətlərin yaxşı davam edəcəyinə ümid edirik.

_________________

Türkiyənin baş naziri Binali Yıldırım Türkiyədə hərbi çevrilişə cəhd olduğunu təsdiqləyib. Meydan Tv xəbər verir ki, baş nazir hərbçilərin İstanbulda  Boğaziçi körpüsünü bağlaması ilə bağlı NTV kanalında canlı yayıma qoşulub və hadisəyə münasibət bildirib:

“Buna hələ çevriliş demək olmaz, sadəcə cəhddir. İcazə verməyəcəyik. Demokratiyanı qeyri-qanuni yolla əngəlləməyə çalışan hər şeyin qarşısını alacağıq”.

Məlumat üçün bildirək ki, Türkiyənin İstanbul şəhərində Boğaziçi körpüsü hərbçilər tərəfindən bağlanıb. Paytaxt Ankarada isə yerli sakinlər hərbi təyyarələrin aşağıdan uçuşlar etdiyini və hətta atəş səsləri eşitdiklərini bildiriblər.

Ana səhifəXəbərlərTürkiyədə ordu dövlət idarəçiliyini ələ keçirdiyini bəyan etdi (Yenilənir)