2745 hakim vəzifəsindən uzaqlaşdırılıb, Danıştayın10 üzvü polis tərəfindən saxlanılıb
Türkiyənin Məhkəmə Hüquq Şurası (Hakimler ve Savcılar Yüksek Kurulu) 2 745 hakimin vəzifəsindən uzaqlaşdırılması haqqında qərar qəbul edib. Qurumun 5 üzvü vəzifəsindən çıxarılıb.
Bu haqda Türkiyənin
haberturk.com
saytı yazıb.
Məhkəmə Hüquq Şurası məhkəmə sistemində çalışanları FETO (Fətullahçı Terror Təşkilatı) mənsubiyyətinə iddia edərək uzaqlaşdırıb.
“Milliyyet” qəzeti isə yazıb ki, Ankara baş prokurorluğunun başlatdığı araşdırmalarla bağlı Türkiyədə dövlət idarələri arasındakı mübahisələrə baxan və qanun, qərar layihələrinə rəy verən məhkəmə orqanı olan Danıştayın 10 üzvü polis tərəfindən saxlanılıb.