Partlayışın səbəbləri araşdırılır
Ankarada maşınqayırma və kimya sənayesinə aid raket və partlayıcı maddələr zavodunda partlayış olduğu bildirilir.
Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Partlayış nəticəsində beş nəfər işçinin həlak olduğu deyilir.
Partlayışın səbəbləri ilə əlaqədar araşdırmalara başlanıldığı qeyd olunur.
Zavod 1950-ci ildə Türkiyə Milli Müdafiə Nazirliyinin nəzdində müdafiə sənayesi sahəsində silah-sürsat, raketlərin hazırlanması məqsədilə yaradılıb.