Türkiyədə daşqınlarda ölənlərin sayı 70-ə çatıb

47 nəfərin itkin düşdüyü bildirilir

Source: Anadolu Ajansı

Türkiyənin Qara dəniz bölgəsindəki daşqınlarda ölənlərin sayı 70-ə çatıb.

Sinop və Kastamonuda itkin düşmüş insanların sayının isə 47-yə yüksəldiyi bildirilir.

Bu barədə Türkiyənin yerli mediası

yazıb

.

Türkiyə Fövqəladə Hallar Xidmətinin (AFAD) açıqlamasına görə, xilasedici qüvvələr azırda həmin bölgələrdə itkin düşmüş insanların axtarışını davam etdirir: “Kastamonuda 60, Sinopta 9, Bartında isə bir nəfər həyatını itirib. Xəstəxanada xilas edilən 8 nəfərin müalicəsi davam edir”.

AFAD əlavə edir ki, seldən sonra Bartının Ulus rayonunda 341, Kastamonuda 1480, Sinopun Ayancık rayonu və məhəllələrində 560 nəfər təhliyə edilib.

Daşqın baş verdiyi ərazilərdə xaos yaradıb.

Sel küçələrdə avtomobillər, qarşısına keçən hər şeyi yuyaraq aparıb. Bir çox ərazidə körpülər və yollar dağılıb.

Nəticədə bəzi bölgələr ətraf mühitdən təcrid vəziyyətə düşüb.

Sinoptiklər yenə güclü yağıntı gözləndiyini proqnoz ediblər. Bu da yeni daşqınların olma ehtimalını gücləndirir.

Daha öncə də Türkiyənin Qara dəniz bölgəsində güclü daşqınlar olub.

Ana səhifəSosialTürkiyədə daşqınlarda ölənlərin sayı 70-ə çatıb