Türkiyədə Can Dündara aid radio və xəbər saytına qadağa qoyulub

Dündar: “Bu, ilk deyil, son da olmayacaq”

Source:


Dündar: “Bu, ilk deyil, son da olmayacaq”

Türkiyə jurnalist Can Dündara aid və Berlindən yayımlanan “Özgürüz Radio” və “ozguruz20.org” internet saytının ölkədə yayımına qadağa qoyub, – “Gazete Duvar” xəbər verir.

“Özgürüz” radio və internet saytı Radio Dövlət Radio və Yayım Şirkətinin (RTÜK) şikayətindən sonra alınan məhkəmə qərarı ilə bağlanıb.

RTÜK radionun qaçaq radio yayını etdiyini deyərək işi məhkəməyə götürüb.

Dündar qərarla ilgili “bu, ilk deyil, son da olmayacaq” deyib.

“Türkiyədə medianı tamamən işğal altına aldığını düşünən hökumət indi də xaricdən yayın edən qurumları əngəlləməyə çalışır”, – “Euronews Türkçə“yə danışan Can Dündar deyib.

Xəbər saytlarının keçən il Dünya Mətbuat Azadlığı Günündə bağlandığını xatırladan Dündar, “Bu, bu günün texnologiya imkanları və qətiyyətimiz ilə aradan qaldırılmayacaq bir maneə deyil … İzləyicilərimizlə görüşməyə davam etdik, edirik. Adında deyildiyi kimi: Biz özgürüz … “.

Dündar mübahisəli 2014 Milli Kəşfiyyat Təşkilatına (MİT) aid yük maşınlarına basqınla bağlı gizli görüntülərin yayımlanmasında şübhəli bilinir və haqqında cinayət işi açılıb.

MİT-ə məxsus yük maşınları 2014-cü ilin yanvar ayının əvvəlində Adananın cənubunda müharibə şəraitində olan Suriyaya silah-sursat daşıyarkən prokurorluğun təlimatıyla dayandırılmışdı.

Dönəmin Baş naziri Rəcəb Tayyip Ərdoğan daşınan yükün bölgədə yaşayan türkmənlərə yardım olduğunu bildirmişdi.

Ana səhifəDünyaTürkiyədə Can Dündara aid radio və xəbər saytına qadağa qoyulub