Ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endiriləcək
İstanbulun Atatürk Hava Limanında törədilən terror aktlarına görə Türkiyədə birgünlük matəm elan olunub.
Məlumatı Türkiyə mətbuatı yayıb.
İnformasiyaya görə, iyunun 30-da ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endiriləcək.
Son məlumata görə, İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna olunmur.