Konserti bələdiyyə sədri ilə müavini izləyib
Türkiyənin hakim partiyası AKP-nin Çorum Bələdiyyə sədri Halil İbrahim Aşgın, Çorum Dövlət Teatr Salonunda azərbaycanlı sənətçi Azərin üçün konsert təşkil edib.
Türkiyə mətbuatının yaydığı
məlumat
a görə, konserti bələdiyyə sədri ilə müavini izləyib.
2019-cu ildə keçirilən seçkilərdə Halil İbrahim Aşgının rəqibi olmuş MHP-dən olan namizəd Kənan Şahin Çorumun ciddi problemli bölgə olduğunu xatırladıb və bir nəfərlik konserti “gülünc bir iş” adlandırıb.