Mənbə: Google

Türkiyədə baş redaktor Suriyayla bağlı xəbərə görə saxlanılıb

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyaya qarşı başladılan əməliyyatla əlaqədar 78 nəfərə qarşı məhkəmə iddiası qaldırılıb

“Diken” saytının baş redaktoru Fatih Gökhan Diler oktyabrın 10-da iş otağında işləyərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, - BBC Türkçə xəbər verir.

Diler Vətən Prospektindəki İstanbul Təhlükəsizlik Müdirliyinə aparılıb, oradan məhkəməyə göndərilib.

Dilerin nəzarətə alınmasına səbəb kimi Suriya Demokratik Güclərinin "Türkiyə vətəndaşları vurur" şərhini xəbər etməsi göstərilir.

Eyni xəbərə görə “BirGün”-ün internet meneceri Hakan Demir də nəzarətə alınıb. Demir qəzetinin “Twitter” hesabında paylaşılan bir xəbərə görə xalqı kin və düşmənliyə təhrikdə günahlandırılır, - T24 xəbər verir.

Dünən gecə Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyaya qarşı başladılan əməliyyatla əlaqədar 78 nəfərə qarşı məhkəmə iddiası qaldırılıb. Təhlükəsizlik Müdirliyinin verdiyi bəyanatda "Barış Pınarı Hərəkatı üzərindən ölkəmiz əleyhinə qara təbliğat edərək xalqı kin və nifrətə təhrik edən, güvənlik güclərimizin etibarını zədələmək məqsədilə qaynaqsız və yalan paylaşım edən 78 nəfər haqqında lazımlı xəbərdarlıq edilərək hüquqi tədbirlər görülüb", ifadələri yer alır.

Artıq ikinci gündür ki, türk qüvvələri Suriyanın şimalında kürdlərin əlində olan bölgələrə girməyə çalışır və bunun üçün havadan və qurudan hücum edir.

Türkiyə ordusu təyin olunmuş hədəfləri ələ keçirdiyini söyləyib. Mərkəz sərhəd bölgəsində ağır döyüşlərin getdiyini və 7 mülki şəxsin öldüyünü bildirir.

On minlərlə insanın evlərini tərk etdiyi deyilir.

Ankaranın bu addımı Donald Trampın ABŞ qoşunlarını kürdlərin çoxluq təşkil etdiyi Suriyanın şimalından çıxarmaq qərarından sonraya təsadüf edir.

Türkiyə öz ərazisindəki bir çox suriyalı qaçqın üçün sərhəddə "təhlükəsiz bölgə" yaratmaq istədiyini qeyd edib. Cümə axşamı günü Prezident Rəcəb Tayyib Ərdoğan Avropanı Türkiyənin Suriyaya doğru hərəkətini hücum adlandırarsa, suriyalı qaçqınları bu əraziyə köçürüləcəyi ilə hədələyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gkr994

Ən çox baxılan