Türkiyədə axtarış-xilasetmə işləri davam edir, siyasi gərginlik yüksəlir

Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri davam edərkən siyasi gərginlik də yüksəlir. Ölkə prezidenti Erdoğan zəlzələ bölgələrini ziyarəti əsnasında ölü sayının 9057, yaralı sayının 52 min 979 olduğunu açıqlayıb. O, “belə bir fəlakətə hazırlıqlı olmaq mümkün deyildi” – deyib.

Zəlzələ bölgələrində insanlar yardımlar və axtarışlar barədə narazılıqlar edir, sosial şəbəkələrdə hökumət əleyhinə tənqidlər artır. Belə bir məqamda Türkiyədə Tvitterə girişin məhdudlaşdırıldığı bildirilir. Sosial şəbəkələrdə tənqidi yazılar yazanların polisə çağırıldığı,  yazıların sildirildiyi deyilir. 

Erdoğanın vətəndaşla bu dialoqu da gündəm olub, etirazla qarşılanıb. 

Ölkənin əsas müxalifət partiyası olan CXP-nin sədri Kamal Qılıncdaroğlu da hökumətə müraciət edib, yardımlar üçün bürökratik əngəlləri aradan qaldırmağa çağırıb.

Ana səhifəVideoTürkiyədə axtarış-xilasetmə işləri davam edir, siyasi gərginlik yüksəlir