Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb
Türkiyədə “Fətullahçı Terror Təşkilatı” (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 9 103 hüquq-mühafizə orqan əməkdaşı işdən uzaqlaşdırılıb.
“Anadolu” agentliyi bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Baş İdarəsinin məlumatında bildirildiyini yazır.
Onların FETÖ ilə əlaqəli olduqlarına görə vəzifələrindən uzaqlaşdırıldığı bildirilir.
Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.