Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcək

Rejim sentyabrın 1-dən tətbiq ediləcək

Source: Meydan TV


Rejim sentyabrın 1-dən tətbiq ediləcək

Sentyabrın 1-dən etibarən Azərbaycana gələn Türkiyə vətəndaşları viza almayacaqlar.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında bu barədə

yazıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib. Qurumun mətbuat xidməti bununla bağlı açıqlama yayıb. Bildirilib ki, sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Türkiyə vətəndaşlarının Azərbaycanda vizasız qalma müddətləri 30 gün müəyyənləşdirilib.

2007-ci ildən Azərbaycan vətəndaşları Türkiyəyə vizasız gedə bilir. Türkiyə təktərəfli şəkildə viza rejimini ləğv edib. Hazırda Azərbaycan vətəndaşlarının da Türkiyədə vizasız qalma müddəti 30 gündür.

Ana səhifəXəbərlərTürkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcək