Türkiyə təhsil sistemində ”təmizlənmə” aparılır

15 min 200 müəllim işdən çıxarılıb, 1577 dekana isə işdən çıxmaq əmri verilib

Source:


15 min 200 müəllim işdən çıxarılıb, 1577 dekana isə işdən çıxmaq əmri verilib


Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra dövlət idarələrində başlayan “təmizləmə” əməliyyatları davam edir. İyulun 19-da MİT daxilində 100 əməkdaşın fəaliyyətinə son qoyulub. Bu şəxslər təşkilatda passiv vəzifələrdə çalışırmış.

Milli Təhsil Nazirliyi sistemindən 15 mindən çox insan qovulub. Bu şəxslər FETÖ ilə əlaqədə suçlanır.

Bu barədə məlumatı “Hürriyet” və “Sozcu” qəzetləri yayıb.

Oxşar “təmizləmələr” dini idarələr də aparılıb. Nazirlər Kabineti (Başbakanlık) yanında Dini İşlər İdarəsinin (Diyanet İşleri Başkanlığı) 492 əməkdaşı işdən kənarlaşdırılıb. Onların “paralel dövlət” adlandırılan “Fətullahçı Terror Təşkilatı”na yaxın şəxslər olduğu bildirilir.

Baş nazir aparatının paytaxt Ankaranın Villi Brandt küçəsində yerləşən əlavə iqamətgahında 257 əməkdaş işdən kənarlaşdırılıb. Həmin şəxslərin kimlikləri (şəxsiyyət vəsiqəsi) müsadirə edilib. Hazırda polis iqamətgahda təhqiqat aparır. Çoxu sayda sənəd müsadirə olunaraq araşdırma aparmaq üçün polis idarəsinə aparılıb.

sozcu.com.tr qəzetinin bildirdiyinə görə, Yüksek Öğretim Kurumu (YÖK) ölkədə yerləşən universitetlərdən 1577 dekanın istefaya getməsi tələbini qoyub. Onların 1176-sı dövlət universitetində, 401-i isə vəqf universitetlərində çalışır.

Ana səhifəXəbərlərTürkiyə təhsil sistemində ”təmizlənmə” aparılır