Türkiyə Silahlı Qüvvələrinin yeni rəhbəri qiyam barədə danışıb

Ümit Dundar: ”Ordu rəhbərliyi qiyamın əleyhinə olub və generalların çoxu ”naməlum istiqamətə” aparılıb”

Source:
Ümit Dundar
Ümit Dundar
Ümit Dundar
Ümit Dundar


Ümit Dundar: ”Ordu rəhbərliyi qiyamın əleyhinə olub və generalların çoxu ”naməlum istiqamətə” aparılıb”

Türkiyə Baş Qərargahında qiyamçıların adlarını açıqlayıblar və çevriliş qurbanları haqda yeni məlumat veriblər. Baş Qərargah rəisi vəzifəsini müvəqqəti icra edən general Ümit Dundar bildirib ki, dövlət çevrilişinə cəhdin səbəbkarları Türkiyə HHQ-dən olan hərbçilər, hərbi polisdir.

O bildirib ki, ordu rəhbərliyi qiyamın əleyhinə olub və generalların çoxu “naməlum istiqamətə” aparılıb. Bu barədə Reuters bildirib.

Dundar qiyam qurbanları və saxlanılanlar barədə yeni məlumatları açıqlayıb. 104 qiyamçı öldürülüb. 90 nəfər, o cümlədən 47 mülki şəxs həlak olub. 1154 nəfər yaralanıb. Çevrilişə bağlı 1563 nəfər saxlanılıb.

Türkiyə Silahlı Qüvvələrinin rəhbəri Hulusinin qiyamçılar tərəfindən oğurlanması barədə məlumatdan sonra Dundar Baş Qərargah rəhbəri postuna gətirilib. Şəhbə günü səhər hakimiyyət bildirib ki, Ankara azad edilib və təhlükəsiz şəraitdədir.

Türkiyə prezidentinin Twitter-dəki rəsmi akkauntunda sabitliyin pozulmasına yeni cəhdin ola bilməsi ilə bağlı xəbərdarlıq yer alıb və vətəndaşlar ehtiyatlı olmağa çağırılıb.



Turan IA

Ana səhifəXəbərlərTürkiyə Silahlı Qüvvələrinin yeni rəhbəri qiyam barədə danışıb