O, Birləşmiş Ştatlar və onun tərəfdaşları ilə demokratiya, insan hüquqları və azadlıqları ilə əlaqədar yaranmış gərginliyi aradan qaldırmaq və əl sıxmaq üçün sabit platforma təklif etmək üçün səy göstərməli olacaq
Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 14-15-də Türkiyəyə qısamüddətli rəsmi səfərini tamamilə işgüzar səfər adlandırmaq olar, belə ki, bu səfər iki ölkənin yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasına həsr edilib. İclasda tərəflər təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə gündəliyin ilk növbədə təhlükəsizlik mövzularını əhatə edən ən mühüm məsələlərini müzakirə edirlər.
Prezidentlər öz çıxışlarında iqtisadiyyat, energetika, nəqliyyat sahəsində əməkdaşlığa və ənənəvi olaraq Qarabağ mövzusuna diqqət çəksələr də, terrorizm, ekstremizm, bu kateqoriyaya aid təhlükələrlə bağlı çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində imzalanmış sənədlər danışıqların əsas formatını əks etdirir.
Türkiyənin cənub sərhədlərində vəziyyətin radikallaşması, ikisi də Ankaranın mühüm tərəfdaşları olan Rusiya və Qərb arasındakı münasibətlərdə böhran Bakının maraqlarına da toxunur. Türkiyənin, həm də Rusiyanın sabitliyi və inkişafı Azərbaycanın özünün sabitliyini təmin edən mühüm amillərdir.
Əliyevin Ankara səfərindən əvvəl mətbuat fəal şəkildə bəzi Qərb və Rusiya dairələri, habelə islamçılar tərəfindən Əliyev rejiminin devrilməsi üzrə planlar haqqında şaiyələr yayırdı. Vaxtaşırı Suriyada İslam Dövləti sıralarında döyüş məktəbi keçmiş radikalların, habelə Qərbin donor təşkilatları ilə sıx əlaqəsi olan vətəndaş cəmiyyəti fəallarının həbsləri haqqında məlumatlar yayılırdı.
Qarabağ istiqamətində 25 ildir davam edən Ermənistan-Azərbaycan münaqişəsi ətrafında vəziyyəti gərginləşdirmək iqtidarında olan fasiləsiz hərbi qarşıdurmaları, habelə neft qiymətinin düşməsi ilə əlaqədar yaranmış iqtisadi böhranı da buraya aid etmək olar.
Prezident Əliyev artıq Türkiyə səfəri ərəfəsində hökumətin iclasında çıxış edərkən vəziyyəti “sınaq ili” kimi səciyyələndirib. Əlbəttə ki, o, təkcə neft qiymətlərinin düşməsini və bununla əlaqədar yaranmış iqtisadi çətinlikləri deyil, həm də ondan Qərbə vəd edilmiş, amma yerinə yetirilməmiş islahatlar istiqamətində ondan təsirli addlmlar tələb edəndə siyasi çətinlikləri nəzərdə tuturdu.
Türkiyə Azərbaycanın müstəqillik qazandığı gündən etibarən onun Qərb məkanına inteqrasiyasında mühüm rol oynayıb. O, Azərbaycanın Avropa qurumlarına inteqrasiyasında dəstəyi təmin edib, BMT bütün sahələrdə, xüsusən təhükəsizlik sahəsində – iqtisadi, energetika, hərbi təhlükəsizlik sahəsində kadr potensialının inkişafına ciddə dəstək göstərirdi. Demək olar ki, Türkiyə Azərbaycanın NATO ilə əməkdaşlığında, xüsusən, hərbi əməkdaşlığında onun aparıcı tərəfdaşlarından biri olub. Son vaxtlar iki ölkə arasında yüksək səviyyəli birgə hərbi təlimlər daha tez-tez keçirilir. Və Əliyevin Ankarada yekun mətbuat konfransında qeyd etdiyi kimi, “Azərbaycan Türkiyədən çox silah alır”. Bu mənada eyni zamanda Brüsseldə NATO tərəfindən Azərbaycanla yarısından çoxu hərbi sahəyə aid olan 41 tərəfdaşlıq məqsədi üzrə 2015-2016-cı illəri əhatə edən Fərdi Tərəfdaşlıq Əməliyyat Planının (İPAP) 4-cü mərhələsini əhatə edən sənədi təsdiq etməsi rəmzi oldu.
Bu, Türkiyənin təcrübəli aparıcı rolunda çıxış etdiyi tərəfdaşlıq münasibətlərinin daha da fəallaşacağına dəlalət edə bilər. Bunun təsdiqi olaraq Türkiyənin irəli sürdüyü və Azərbaycan tərəfindən dəstəklənmiş, Antantanın türk dövlətinin məhv edilməsi planlarını pozan Çanakkale döyüşünün (Dardanel əməliyyatı) 100 illiyinin birgə qeyd edilməsi təşəbbüsünü qeyd etmək olar. Təntənəli mərasim meydan oxurcasına aprelin 24-nə – ermənilərin Osmanlı Türkiyəsində “erməni soyqırımı”nın yüzilliyini qeyd edəcəyi tarixə təyin edilib.
İki ölkənin ittifaqının mühüm təsdiqlərindən biri kimi Erdoğanın Əliyevi noyabrda Antaliyada keçiriləcək G20 sammitində öz qonağı kimi iştirak etməyə dəvətini də göstərmək olar. Qərbin əsas rol oynadığı, dünyanın 20 aparıcı iqtisadiyyatının liderləri ilə eyni meydanda olmaq prezident Əliyev üçün yüksək və öhdəlik yaradan şərəfdir. Həmin vaxta qədər o, Birləşmiş Ştatlar və onun tərəfdaşları ilə demokratiya, insan hüquqları və azadlıqları ilə əlaqədar yaranmış gərginliyi aradan qaldırmaq və əl sıxmaq üçün sabit platforma təklif etmək üçün səy göstərməli olacaq.