Türkiyə qucaqlaşmasız Qurban Bayramına çağırış edib

Türkiyədə indiyədək 222,402 nəfər koronavirusa yoluxub.

Source: google.az


“Xüsusilə 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olanlar telefonla bayramlaşmalıdırlar”

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Türkiyə ictimaiyyətini qarşıdan gələn Qurban bayramı günlərində COVID-19-a yoluxmanın artmasının qarşısını almaq üçün sosial məsafə saxlamaqda diqqətli olmağa çağırıb, – “Anadolu” xəbər agentliyi bildirib.

“Xüsusilə 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olanlar telefonla bayramlaşmalıdırlar. Əl sıxma və qucaqlaşma olmamalıdır",- “Anadolu” çərşənbə günü Kocaya istinad edərək qeyd edib.

Türkiyədə Qurban bayramını 31 iyul – 3 avqust tarixlərində qeyd ediləcək.

Koca bayram günlərində böyük yığıncaqlar keçirməməyi məsləhət görüb və xəbərdarlıq edib ki, bayram namazı sosial məsafə saxlamaqla açıq yerlərdə qılınsın.

Bununla yanaşı nazir insanları qurbanlıq heyvanların kəsilməsi və ət paylanması zamanı gigiyena normalarına diqqətli olmağa çağırıb.

Türkiyədə indiyədək 222,402 nəfər koronavirusa yoluxub. Xəstəlikdən ölənlərin sayı 5,545 nəfərdir.

Ana səhifəDünyaTürkiyə qucaqlaşmasız Qurban Bayramına çağırış edib