Türkiyə qırıcıları Rusiyanın döyüş təyyarəsini vurub​ (yenilənib)

Baş naziri Əhməd Davudoğlu bir neçə gün əvvəl xəbərdarlıq edərək bildirmişdi ki, ölkənin sərhədi pozularsa təhlükəsizliyin təmin olunması üçün bütün hüquqlarından istifadə edəcəklər

Source:


14.33. Türkiyə mediası pilotlardan birinin öldüyü, digərinin isə sağ qaldığı və türkmənlərin əlində olduğuni bildirir.


Baş naziri Əhməd Davudoğlu bir neçə gün əvvəl xəbərdarlıq edərək bildirmişdi ki, ölkənin sərhədi pozularsa təhlükəsizliyin təmin olunması üçün bütün hüquqlarından istifadə edəcəklər

Suriyanın Türkmən dağı yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyə qırıcıları tərəfindən vurulub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, Rusiyaya məxsus döyüş təyyarələri Türkiyənin hava sərhədini pozub və Türkiyə Silahlı Qüvvələri ölkənin hava sərhədini pozan təyyarəni vurub.

Rusiya təyyarəsi vurulduqdan sonra baş nazir Əhməd Davudoğlu xarici işlər nazir Ferudin Sınırlı oğlu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarla danışaraq, vəziyyəti müzakirə edib.

Rusiyanın paraşütlə vurulan təyyarədən xilas edilən pilotların axtarışına başladığı iddia edilib.

Rusiya döyüş təyyarələri Suriyada türkmənlərin yaşadığı bölgələri bombaladıqdan sonra Türkiyə Moskvaya etiraz notsı vermişdi. Ölkənin baş naziri Əhməd Davudoğlu bir neçə gün əvvəl xəbərdarlıq edərək bildirmişdi ki, ölkənin sərhədi pozularsa təhlükəsizliyin təmin olunması üçün bütün hüquqlarından istifadə edəcəklər.

Ana səhifəXəbərlərTürkiyə qırıcıları Rusiyanın döyüş təyyarəsini vurub​ (yenilənib)