Türkiyə NATO-nun Şərqi Avropa planını rədd edib

Türkiyə Suriyanın şimalındakı YPG nəzarətində olan ərazilərə qarşı 2016-cı ildən etibarən müttəfiq Suriya islamçı döyüşçüləri ilə birlikdə dörd böyük hərbi əməliyyat keçirib.

Source: Foto: google.az


Ankara yalnız NATO üzvləri Türkiyənin milli maraqlarına daha güclü dəstək nümayiş etdirərsə, bu təşəbbüslə razılaşacaq

Türkiyə NATO-nun suriyalı kürd militanlarını terrorçu kimi tanımaqdan imtina etməsindən sonra alyansın Şərqi Avropa üçün yeni müdafiə planlarının icrasını rədd edib, – Almaniyanın DPA agentliyi bazar ertəsi günü xəbər verib.

Ankara yalnız NATO üzvləri Türkiyənin milli maraqlarına daha güclü dəstək nümayiş etdirərsə, bu təşəbbüslə razılaşacaq, – DPA bildirib.

Türkiyə suriyalı kürd qruplarının terrorçu təşkilatlar kimi təsnif edilməsini tələb etmişdi. Bir neçə NATO müttəfiqinin Ankaranın bu təklifini rədd etdiyi bildirilir.

NATO üzvləri Rusiya hücumuna qarşı, xüsusən də Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra, Polşa, Litva, Latviya və Estoniyanın müdafiəsi üçün nəzərdə tutulmuş hərbi planın təsdiqi üçün ittifaqın bütün 29 üzvünün rəsmi təsdiqini istəyir.

Türkiyə Suriyada İslam Dövləti (İŞİD) ilə döyüşən ABŞ rəhbərliyindəki koalisiyanın onurğasını təşkil edən kürd Xalq Qoruma Birliklərini (YPG) terrorist qruplaşma olaraq tanıyır. Ankara bu qruplaşmanın Türkiyənin cənub-şərqindəki kürd üsyançıları ilə əlaqəsinin olduğunu bildirir.

Türkiyə Suriyanın şimalındakı YPG nəzarətində olan ərazilərə qarşı 2016-cı ildən etibarən müttəfiq Suriya islamçı döyüşçüləri ilə birlikdə dörd böyük hərbi əməliyyat keçirib.

Ana səhifəDünyaTürkiyə NATO-nun Şərqi Avropa planını rədd edib