Onun oğlu da dağıntılar altında qalaraq vəfat edib
Həndbol üzrə Türkiyə milli komandasının kapitanı Cemal Kütahya zəlzələ nəticəsində vəfat edib.
Bu barədə məlumatı Türkiyə Həndbol Federasiyası yayıb.
Cemal Kütahya 5 yaşlı oğlu ilə birlikdə Hataydakı evində dağıntılar altında qalaraq ölüb. O, milli komanda ilə yanaşı, “Hatay Büyükşehir Belediyesi Spor” klubunda forma geyinib.
Kütahyanın dağıntılar altında qalan həyat yoldaşı və qayınanasının axtarışları isə davam etdirilir.
Son məlumata görə, Türkiyədəki zəlzələ nəticəsində 31 643 nəfər ölüb, 80 278 nəfər isə yaralanıb.