Türkiyə məhkəməsi jurnalist Mehmet Altanı azad edib

Lakin məhkəmə hesab edib ki, Əhməd Altan və İlıcağıya qarşı irəli sürülən Gülən şəbəkəsinə bilərəkdən və istəyərəkdən kömək etmələri ittihamı doğrudur.

Source: google.az


Məhkəmə jurnalistin qardaşı Əhməd Altanın və digər jurnalist Nazli İlıcağın üzərindən ömürlük həbs cəzasını götürüb

Türkiyənin Ali Məhkəməsi ABŞ-da yaşayan din xadimi Fəthulla Gülən camaatı ilə bağı olmaqda ittiham edilən jurnalist Mehmet Altana bəraət verib, “Anadolu” agentliyi xəbər verir.

Ankara 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhdin Gülənin təşəbbüsü ilə təşkil edildiyini iddia edir. Gülən indiyə qədər iddiaları rədd edib.

“Anadolu” həmçinin xəbər verir ki, Türkiyə məhkəməsi jurnalistin qardaşı Əhməd Altanı və digər jurnalist Nazli İlıcağı “konstitusiyanı pozma” ittihamından azad edib. Onların üzərindən ömürlük həbs cəzası qaldırılıb. Lakin məhkəmə hesab edib ki, Əhməd Altan və İlıcağıya qarşı irəli sürülən Gülən şəbəkəsinə bilərəkdən və istəyərəkdən kömək etmələri ittihamı doğrudur.

Ana səhifəDünyaTürkiyə məhkəməsi jurnalist Mehmet Altanı azad edib