Xəzinə və maliyyə nazirinin istefası tələb olunur
Türkiyə lirəsi Mərkəzi Bankın ölkə iqtisadiyyatının koronavirus pandemiyasından qurtulduğuna inandırmaq üçün səy göstərməsinə baxmayaraq, cümə axşamı rekord səviyyəyədə dəyər itirib, – “Financial Times” xəbər verir.
Türkiyə lirəsi rekord göstərici ilə ən aşağı səviyyəyə 3,6 faiz düşərək həm dollar, həm də avroya nisbətdə dəyər itirib. Bu il ümumilikdə lirə 18 faiz dəyərsizləşib.
Lirənin əsas valyutalara qarşı rekord səviyyədə aşağı düşməsindən sonra sosial media istifadəçiləri Xəzinə və maliyyə naziri Berat Albayrakı istefaya çağırıblar. Onlar “BeratAlbayrakİstifa” hashtağı ilə nazirin istefasını tələb ediblər. AKP millət vəkili Mahir Ünal naziri müdafiə edərək, “iqtisadi göstəricilərə baxmadan istefa çağırışına əl atan insanlar sırf məzənnəyə görə dürüst davranmırlar”,- deyib.
Lirə iki il əvvəl, 2018-ci ildə maliyyə böhranından sonra ciddi şəkildə dəyər itirməyə başlayıb.
Təhlilçilər Ankaranın davamlı yüksək inflyasiya və idxalı aradan qaldırmaq üçün çıxış yolunun olmadığını və bu vəziyyətin pandemiya dövründə daha da tükəndiyini qeyd edib, – “Aljazeera” bildirir.
“Lirə dəyər itirdikcə, türklər aşağı olan yaşayış səviyyəsindən narahat olmağa başlayıblar”, – “Ajazeera” əlavə edib.
Diken isə qeyd edir ki, siyasi partiyalar bu durumdan ciddi narahatlıq ifadə ediblər. Kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) Türkiyə iqtisadiyyatının ölkədə Prezident Rəcəp Tayyip Ərdoğandan sonra tez-tez vurğulanan “tək adamlıq rejim” səbəbindən çökdüyünü deyir.
Hazırkı nazir 42 yaşlı Albayrak Ərdoğanın kürəkənidir. Ərdoğan 2018-ci ilin iyun seçkilərində Prezident seçildikdən iki həftə sonra onu bu vəzifəyə təyin edib. Albayrak bundan əvvəl Enerji naziri və “Çalık Holdinq” enerji şirkətinin baş icraçı direktoru vəzifələrində çalışıb.