Ərdoğan gəmini regional liderlik mövqeyini möhkəmləndirən simvol adlanıdırıb
Türkiyə ilk universal desant gəmisini dənizə çıxarıb.
“Reuters” yazır ki, bu, Qara dənizin digər tərəfində müharibənin qızışdığı bir vaxtda artan regional gərginlik fonunda baş verib.
Bu, dron imkanlarını qurudan dəniz əməliyyatlarına qədər genişləndirməyi hədəfləyən ilk amfibiya hücum gəmisidir.
“TCG Anadolu” yalnız yüngül təyyarələri, əsasən, vertolyotları və daha qısa uçuş-enmə zolaqlarından qalxa bilən reaktivlər üçün nəzərdə tutulub.
Uzunluğu 232, eni 32 metrdir. 1400-ə yaxın şəxsi heyəti – bir batalyon əsgəri – döyüş maşınlarını və dəstək hissələrini daşıya bilir.
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mərasimdə deyib ki, bu gəmi onlara lazım olanda dünyanın hər yerində hərbi və humanitar əməliyyatlar aparmağa imkan verəcək:
“Biz bu gəmini Türkiyənin regional liderlik mövqeyini möhkəmləndirəcək bir simvol kimi görürük”.
Universal desant gəmisi İstanbuldakı Sedef tərsanəsində Türkiyə-İspaniya konsorsiumu tərəfindən İspaniyanın Juan Carlos I yüngül təyyarədaşıyanının dizaynı əsasında tikilib.
Ankaranın planı özünün ən böyük döyüş gəmisində “F-35 B” modelli qırıcılarını yerləşdirmək idi.
Bu təyyarələr də dronlar kimi qısa uçuş xətlərindən havaya qalxa bilir.
Lakin 2019-cu ildə ABŞ Rusiyadan “S-400” raket sistemi aldığına görə NATO müttəfiqi olan Türkiyəni F-35 proqramından xaric edib.
Bundan sonra Ankaranın inauqurasiya planı dəyişib və əvəzində “TCG Anadolu” gəmisi drondaşıyan gəmiyə konvertasiya edilib.
Bu da qeyd olunur ki, Türkiyə yeni gəmiyə helikopterlərdən başqa “Bayraktar TB3” və “Kızılelma” döyüş dronları, habelə “Turkish Aerospace Industries” şirkətinin istehsalı olan “Hürjet” yüngül döyüş qırıcısı yerləşdirməyi planlaşdırır.
“TCG Anadolu”nun dünyada donanması əsasən dronlardan ibarət ilk döyüş gəmisi olacağı bildirilir.
NATO-nun ikinci böyük ordusuna malik Türkiyənin münaqişəli Suriya və İraqla sərhədi, Aralıq və Qara dənizlərə çıxan sahil xətti var.
Ölkə Ukraynada 14 aydır ki, davam edən müharibədə özünü vasitəçi kimi təqdim edib.
Bununla yanaşı, Türkiyə Ukraynaya döyüş dronları verib.