“Heç olmasa 25 gün maşında gecələyən bu insanları qalmaq üçün yer və ərzaqla təmin etsinlər”
Türkiyə-Gürcüstan sərhədində, Sarp keçid məntəqəsində olan 4 Azərbaycan vətəndaşı Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
14 gün
Bolqarıstan-Türkiyə sərhədi
ndə, 28 martdan sonra 2 gün Türkiyədə karantin rejimində qalan Yaşar Mustafayev, Elçin Əhmədov və Rüfət Həsənov hazırda Sarp sərhəd keçid məntəqəsindədirlər.
Bu barədə Yaşar Mustafayevin Bakıda yaşayan qızı Nigar Mustafayeva Meydan TV-yə danışıb.
Nigar Mustafayev Nazirlər Kabineti yanında Operativ Qərargahın sərhədlərin bağlandığından xəbərdar olduqlarını bildiriblər:
“Biz bilirik ki, aprelin 20-dən tez hər hansı ölkə ilə sərhədlər açılmayacaq. Hazırda atamgilə Ankarada oxuyan bir tələbə də qoşulub, biz də, onlar da Azərbaycanın Ankaradakı səfirliyinə müraciət etdik ki, heç olmasa 25 gün maşında gecələyən bu insanları qalmaq üçün yer və ərzaqla təmin etsinlər, onlar çox acınacaqlı vəziyyətdədirlər, çörək və pendirlə günlərini keçirirlər. Çünki onların pulu da qurtarmaqdadır. Amma səfirlik heç bir reaksiya vermir, özlərinin əlaqə yaratmaq üçün yaydığı nömrələrə düşmək qeyri-mümkündür”.
COVİD 19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejmi tətbiq olunur. Ölkənin sərhədləri bağlanıb, yalnız yük maşınlarının hərəkətinə icazə verilir.