Türkiyə prokurorluğu 295 əsgərin həbs olunmasına qərar verib. Onlar Ankaranın 2016-cı ilin dövlət çevrilişinə təşəbbüs göstərdiyini söylədiyi ABŞ-da yaşayan müsəlman din xadimi Fəthullah Gülənin rəhbərlik etdiyi iddia edilən şəbəkə ilə əlaqədə günahlandırılırlar.
Prokurorun 22 fevralda verdiyi bəyanatda bildirilib ki, saxlanılanlar arasında üç polkovnik, 8 mayor və 10 leytenant var.
Şübhəlilərin təxminən yarısı ordu üzvləridir, qalan hissəsi dəniz və hava qüvvələri daxil olmaqla digər hərbi qüvvələrə daxildir.
Polis gecə yarısından bir saat sonra Gülən tərəfdarları arasında şübhələnilən telefon görüşməsi ilə əlaqədar istintaq çərçivəsində eyni vaxtda fərqli yerlərdə həbs əməliyyatları başladıb.
Bugünə qədər neçə şübhəlinin tutulduğu daha bilinmir.
Gülən 2016-cı il 15 iyul tarixində baş verən dövlət çevrilişinə iddia edilən aidiyyatını inkar edir. Uğursuzluğa uğrayan çevrilişdə 250 nəfər öldürülüb..
Prezident Rəcəp Tayyib Ərdoğanın keçmiş müttəfiqi olan Gülən 1999-cu ildən Pensilvaniyada yaşayır.
Dövlət çevrilişindən bu yana Türkiyədə 77 mindən çox insan həbs olunub və mühakimə edilir. Ölkənin dövlət orqanlarından və ordudan 150 minə yaxın insan işdən azad edilib, yaxud yerdəyişməyə uğrayıb.
Ərdoğan da dövlət çevrilişinə cəhd hadisəsindən istifadə edərək, müxalifəti susdurmaqda ittiham edilir. Türkiyə hakimiyyəti iddia edir ki, dövlət orqanlarında və qurumlarda həyata keçirilən bu təmizləmə ölkənin milli təhlükəsizliyini təmin etmək üçün önəmlidir.