Türkiyə Ermənistanla münasibətlərinin bərpası üçün ora xüsusi təmsilçi təyin edib

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan arasında münasibətlərin bərpası üçün müəyyən danışıqlar gedirdi. Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş səfir Sərdar Kılıçı Ermənistana xüsusi nümayəndə göndərib. Türkiyə və Ermənistan arasında münasibətlərin bərpası regiona və Azərbaycana nə vəd edir? İqtisadçı Natiq Cəfərli hesab edir ki, Türkiyənin və Azərbaycanın dəhliz tələbi qismən də olsa razılaşdırılıb, sadəcə bu dəhlizin statusu Ermənistanı narahat edir və bu məsələnin həllini yubadır .

Siyasi-iqtisadi şərhçi Natiq Cəfərli: “Dəhliz məsələsinə gəldikdə, əslində burda da müəyyən razılaşma var. Sadəcə Ermənistanı dəhlizin statusu narahat edir. Bu dəhliz kommunikasiya kimi həm Ermənistana, həm Rusiyaya, eləcə də Azərbaycana çox faydalı olacaq. Bu dəhlizə Rusiyanın nəzarət edəcəyini nəzərə alsaq, kommunikasiyaların açılışında bir maneə olacağını düşünmürəm”.

Ana səhifəVideoTürkiyə Ermənistanla münasibətlərinin bərpası üçün ora xüsusi təmsilçi təyin edib