Türkiyə əleyhinə qətnamə layihəsi rədd edilib

Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı təqdim etdiyi qətnamə layihəsi dəstək qazana bilməyib.

Source: BMT
BMT-nin toplantısı
BMT-nin toplantısı
BMT-nin toplantısı
BMT-nin toplantısı

Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı təqdim etdiyi qətnamə layihəsi dəstək qazana bilməyib.

BBC-nin yaydığı məlumata görə, Təhlükəsizlik Şurasının 6 üzvü layihəyə dəstək verməyib.

Rusiyanın layihəsində Suriya ərazisinin kənardan (Türkiyə ərazisindən) atəşə tutulmasına son qoyulması və Suriyanın “qanuni hakimiyyətinin” (Bəşər Əsəd nəzərdə tutulur) razılığı olmadan ölkə ərazisində quru əməliyyatının keçirilməsinə yol verilməməsi əksini tapıb. Qapalı keçirilən görüşdə BMT Təhlükəsizlik Şurasının 6 üzvü, o cümlədən daimi üzvlər ABŞ, Britaniya və Fransa layihənin əleyhinə çıxıblar. Rusiya layihəsinə qarşı çıxan digər TŞ üzvləri isə Ukrayna, İspaniya və Yeni Zelandiya olub.

ABŞ və Fransa nümayəndələri hələ iclasdan əvvəl bildiriblər ki, Rusiya qətnaməsinin gələcəyi yoxdur. Fransa diplomatı Fransua Delatr Moskvanın Əsədə dəstək mövqeyini “dalan” adlandırıb. ABŞ təmsilçisi Samanta Pauer isə deyib ki, Rusiya yeni qətnamə ilə dünyanın diqqətini yayındırmaq əvəzinə, TŞ tərəfindən daha əvvəl qəbul olunmuş sənədlərin həyata keçirilməsi ilə məşğul olmalıdır.

Suriya-Türkiyə sərhədlərindəki son hadisələrdən – Suriyadakı kürd terror qruplaşması PYD-YPG-nin Türkiyə tərəfindən atəşə tutulması və Suriya ərazisində bufer zonası yaradılmasına dair Ankaranın çağırışlarından sonra Rusiya BMT TŞ-nin təcili iclasını çağırıb və qətnamə layihəsi təqdim edib.

(APA)

Ana səhifəXəbərlərTürkiyə əleyhinə qətnamə layihəsi rədd edilib