Türkiyə Azərbaycanda hərbi baza yaradır

Fərmanda Azərbaycan Müdafiə Nazirliyinə protokolun müddəalarını həyata keçirmək tapşırılıb

Source:
İlham Əliyev
İlham Əliyev
İlham Əliyev
İlham Əliyev


Fərmanda Azərbaycan Müdafiə Nazirliyinə protokolun müddəalarını həyata keçirmək tapşırılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmanda Azərbaycan Müdafiə Nazirliyinə protokolun müddəalarını həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokol 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanıb.

Ana səhifəXəbərlərTürkiyə Azərbaycanda hərbi baza yaradır