Türkiyə 2017-ci ili terrorla qarşıladı (yenilənib)

Terrorda ölənlərdən 16-nın xarici ölkələrin vətəndaşı olduğu deyilir

Source:

***

ABŞ kəşfiyyatı İstanbulda silahlı hücumun baş verə biləcəyi barədə əvvəlcədən xəbərdarlıq edib. APA-nın Hurriyet-ə istinadən verdiyi xəbərə görə, bu barədə silahlı hücuma məruz qalmış “Reina” gecə klubunun sahibi Mehmet Kocarslan bildirib.

“Amerika kəşfiyyatı terror aktı barədə xəbərdarlıq etmişdi. 7-10 gün bura ciddi təhlükəsizlik tədbirləri görülmüşdü”, — deyə o bildirib.

Məlumata görə, terrorçu Kalaşnikov avtomatından atəş açıb.

***

Terrorda ölənlərdən 16-nın xarici ölkələrin vətəndaşı olduğu deyilir

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, yerli vaxtla saat 01.15 radələrində İstanbulun Ortakoy rayonunda yerləşən “Reina” gecə klubunda terror baş verib. Santa Klaus geyimli naməlum silahlı şəxs kluba daxil olaraq atəş açıb.

Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib ki, öldürülən 39 nəfərdən 4-ü də gecə klubunun işçiləridir.

Terror aktı zamanı klubda 600-dək insan Yeni il bayramını qeyd edirmiş.

Nazirin dediyinə görə, Santa Klaus geyimində gecə klubuna daxil olan şəxs qətliamdan sonra paltarını dəyişərək oradan qaçıb: “Terroru törədən ərəb dilində danışırmış”.

Nazir ölənlərdən 16-nın xarici ölkələrin vətəndaşı olduğunu açıqlayıb.

Məlumatı Türkiyənin

“Hürriyet”

qəzeti yayıb.

Səhiyyə naziri Rəcəb Akdağ terror aktı nəticəsində 39 nəfərin öldüyünü, xəstəxanalarda hazırda 65 yaralının olduğunu açıqlayıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

İstanbulun valisi Vasip Şahin olayı terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib: “Naməlum silahlı şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən “Reina gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb”.

Ana səhifəXəbərlərTürkiyə 2017-ci ili terrorla qarşıladı (yenilənib)