Ölənlərin bəzilərinin qorxuya düşərək yüksəklikdən tullanaraq həyatını itirdiyi bildirilir
Türkiyənin Bolu vilayətində yerləşən “Kartalkaya” xizək mərkəzində 12 mərtəbəli oteldə yanğın baş verdiyi bildirilir.
Baş verən yanğın nəticəsində 66 nəfərin öldüyü, 51 nəfərin isə yaralandığı deyilir.
Naməlum səbəbdən başlayan yanğın qısa müddətdə oteli bürüyüb. Hadisə yerinə şəhər mərkəzi, ətraf kəndlər və qonşu vilayətlərdən çox sayda yanğınsöndürənlər və təcili tibbi qruplar, eləcə də helikopterlər göndərilib.
Hazırda oteldə qalanların təxliyəsi davam edir. Bolu valisi Abdülaziz Aydın oteldə təxminən 234 qonağın qaldığını, yanğının restoran olan hissədə başladığını bildirib.
Ölənlərin bəzilərinin qorxuya düşərək yüksəklikdən tullanaraq həyatını itirdiyi bildirilir.
Ehtiyat tədbiri olaraq yaxınlığındakı oteldə qalanlar da təxliyə edilib. Yanğınla mübarizə davam edir.
Bu gün, yanvarın 21-də həmçinin Türkiyənin Sivas əyalətindəki mehmanxanaların birində qaz sızması nəticəsində partlayış olub.
Hadisə yerli vaxtla 09:20-də “Yıldız Dağı” dağ-xizək kurortu ərazisində yerləşən mehmanxanada baş verib.
Partlayış baş verən an mehmanxanada bir qrup xizəkçi olub.
Hadisə nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.