Bu gün Türkiyədə 20-yə yaxın məşhur saxlanılıb.
İstanbul Narkotiklə Mübarizə idarəsi səhər saatlarında bir neçə tanınmış simanı saxlayıb. Onlara qarşı narkotik maddələrin istifadəsi maddəsi ilə cinayət işi açılıb.
SözcüTV-nin verdiyi məlumata görə, saxlanılanlardan qan alınıb və onlar sağlıq mərkəzlərinə göndərilib.
Əməliyyat çərçivəsində saxlanılan məşhurların – Birce Akalay, Simge Sağın, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Duygu Özaslan Mutaf, Engin Polat, Feyza Altun, Hadise Açıkgöz, İrem Derici, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali olduğu bildirilir.