Türkiyədə jurnalist Fatih Altaylı 4 il 2 ay azadlıqdan məhrum edilib

Fatih Altaylı və İsmail Saymaz. Foto: Youtube-dan screenshot

Bu gün, noyabrın 26-da Türkiyədə məhkəmənin qərarı ilə jurnalist Fatih Altaylı barəsində 4 il 2 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Fatih Altaylı bu il iyunun 22-də həbs olunmuşdu. 

Sosial media hesabında apardığı canlı yayım zamanı səsləndirdiyi fikirlərə görə ona qarşı “prezidenti təhqir” maddəsi ilə cinayət işi açılmışdı.

Bundan öncə, ötən ilin noyabrında Fatih Altaylı barəsində “ictimaiyyəti çaşdıran məlumat yaymaq” ittihamı ilə istintaq başladılmışdı.

Ana səhifəDünyaTürkiyədə jurnalist Fatih Altaylı 4 il 2 ay azadlıqdan məhrum edilib