Həmin saytlara giriş edəndə, prezident Erdoğanın və Osmanlı sultanı Sultan Mehmedin rəsmləri çıxır
Türkiyənin məşhur xaker qrupu “Skorski”, Rusiyanın Suriyada türkmənlərə qarşı olan hücumlarına etiraz olaraq rus saytlarını dağıdıb. Ensonhaber.com saytının məlumatına görə, həmin saytlara giriş edəndə, prezident Erdoğanın və Osmanlı sultanı Sultan Mehmedin rəsmləri çıxır, türklərin “Mehter” marşları səslənir. “Skorski” xaker qrupu twitter hesabında etdiyi açıqlamasında bildirib: “Türkmən qardaşlarımızı sosial mediada da tək buraxmadıq, hər zaman yanlarındayıq. Məqsədimiz Rusiyanın türkmən qardaşlarımıza etdiyi hücumlara etirazdır”.