Ölən və yaralananlar var
Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında “Türk Hava Yolları” üçün yük daşıyan təyyarə qəzaya uğrayıb.
Milliyet.com.tr saytı yazır ki, təyyarə “Boeing 747” Honkonq-Bişkək reysini həyata keçirirmiş. Təyyarə Bişkəkin Manas Hava limanına eniş edərkən qəzaya edib.
Qəzada azı 37 nəfərin öldüyü, 6 nəfərin yaralandığı, ölənlərdən 4 nəfərin uşaq olduğu deyilir. Qəza nəticəsində ətrafdakı 15 evə ziyan dəyib.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyi bununla bağlı açıqlama yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.
Nazirlikdən bildirilib ki, ölən 37 nəfərdən 30-nun kimliyi müəyyənləşdirilib. Digər 7 cəsədin qalıqları tapılıb.