Turizm şirkətləri tur paketlərin satışını dayandırdı (VİDEO)


Turizm şirkətinin reklam lövhəsində yazılıb: İstanbul-349 AZN, Misir- 340 AZN. Bu, köhnə qiymətlərdir

Turizm şirkətinin reklam lövhəsində yazılıb: İstanbul-349 AZN, Misir- 340 AZN. Bu, köhnə qiymətlərdir. “VİP Travel”in direktoru Ruslan Kərimov deyir ki, dollar və avro bahalaşandan sonra başımız o qədər məzənnəyə qarışıb ki, reklamdakı qiymətləri dəyişməmişik.

Ruslan Kərimov deyir ki, xarici ölkələrə tur paketlərin satışını dayandırıblar çünki bunu təşkil edən şirkət yeni qiymətləri hazırlamayıb.

Direktor  biletlərin qiyməti qalxandan sonra müştərilərinin sayının azalacağından ehtiyat edir. Amma deyir ki, bu gözləniləndir.

Baş çəkdiyimiz növbəti turizm agentliyində də vəziyyət eynidir. Şirkət tur paketlərin satışını dayandırıb.

Xarici ölkəyə səfər etmək istəyən vətəndaşlar artıq yeni durumla qarşılaşıblar. Onlar 4 gün əvvəl hesabladıqları xərclərilə 4 gün sonra yaranan durumun çaşqınlığında qalıblar.

Ana səhifəVideoTurizm şirkətləri tur paketlərin satışını dayandırdı (VİDEO)