Turistlərin xərcini hökumətin ödəməsinə necə baxırsız?

22-24 iyunda Bakıda “YOUTHVİSİON” adlı musiqili yarışma keçiriləcək. Yarışmada 20-dən çox ölkə iştirak edəcək və iştirakçıların bütün xərcləri Azərbaycan dövləti tərəfindən qarşılanacaq. Gənclər və İdman Nazirliyi açıqlayıb ki, müsabiqənin təşkili və iştirakçıların qonaqlanmasına 150 min manat vəsait ayrılıb.

Məlumatı ilk olaraq Eurovision”un Türkiyə üzrə rəsmi nümayəndəliyi yayıb. Məlumatda bildirilirdi ki, “Youthvision” yarışması “Bakı Crystal Hall”da keçiriləcək və 20-dən çox ölkə iştirak edəcək. Yarışmanı izləyən xarici vətəndaşlar üçün qarşılama, otel xərcləri, yemək və paytaxt gəzintisi ödənişsiz olacaq.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, nazirliyin açıqladığı rəqəmlər kifayət qədər azaldılıb. Bu ictimai rəydə yaranmış neqativliyi aradan qaldırmağa yönəlik addım olduğu ehtimal edilir.

“Başqa mənbələrdən və başqa yollarla da bu maliyyəni əldə edəcəklər. Çox güman ki, bəzi şirkətlərə sözdə sponsurluq anlaşması olacaq. Böyük şirkətlərə- “SOCAR” və mobil şirkətlərə hər hansısa bir xərclərin qarşılanmağı öhdəliyi qoyulacaq. Azərbaycanda sponsurluq da siyasi bir məsələdir, tapşırıqla həyata keçirilən məsələdir. Amma bunun heç bir ümumi əhəmiyyəti yoxdur. Onsuz da o vəsaitlər ölkədən çıxır. Vergi şəklində Azərbaycana daxil olmalı və yaxud büdcədən digər önəmli xərclərə ayrılmalı vəsaitlər bu yolla xərclənəcək”.

Bakı sakinləri bu haqda nə düşünür? Meydan TV bu sualla sakinlər arasında sorğu keçirib.

Ana səhifəVideoTuristlərin xərcini hökumətin ödəməsinə necə baxırsız?