Turistləri aldatmaqda şübhəli bilinən qrup saxlanılıb

Kamerun vətəndaşları Formula 1 yarışları ərəfəsində turistləri aldatmaq istədiklərini deyiblər

Source:

Kamerun vətəndaşları Formula 1 yarışları ərəfəsində turistləri aldatmaq istədiklərini deyiblər

Azərbaycan polisi Bakıda keçiriləcək Formula 1 Avropa Qran-pri yarışları zamanı turistləri aldadaraq pullarını mənimsəmək istəyən qrupu zərərsizləşdirdiyini bildirir.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək tanımadığı şəxslərin onun etimadını qazanaraq 50 min ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 100 min ABŞ dolları edəcəkləri adı altında dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.

“Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları – Alfonse Touani, Patrik Arnaud, Ziepop Maksim Valeri və Armel Qaetandan ibarət dəstə zərərsizləşdirilib. Saxlanılan şəxslər ifadələrində Azərbaycanda keçiriləcək Formula 1 yarışları ərəfəsində Bakıya çoxlu turistin səfər edəcəyini bildiklərindən bu üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə ölkəyə gəldiklərini qeyd ediblər”, deyə mətbuat xidmətinin məlumatında deyilir.

Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkarlanaraq götürülüb. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.


Turan İA

Ana səhifəXəbərlərTuristləri aldatmaqda şübhəli bilinən qrup saxlanılıb